Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Philips” şirkəti planşet bazarına çıxır


“Philips” şirkəti yaxın vaxtlarda planşet bazarına çıxmaq niyyətindədir. Təqdim ediləcək ilk model 7 düymlü ekrana malik olacaq və Çində satışa çıxarılacaq. Planşetin prosessoru “MIPS” prosessoruna əsaslanacaq, əməliyyat sistemi kimi “Android 4.0” quraşdırılacaq.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” resursuna istinadən bildirir ki, “Philips” şirkəti hələ ki planşetin texniki xüsusiyyətləri, qiyməti və reliz tarixi haqqında məlumat vermir.










EMİL





20/04/12    Çap et