Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Satınalmalar üzrə Dövlət Agentliyi elektron şikayətlərin göndərilmə prosedurunu açıqlayıb


Satınalmalar üzrə Dövlət Agentliyi quruma göndəriləcək elektron şikayətlərin prosedur qaydalarını açıqlayıb. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, agentliyin rəsmi internet səhifəsində (tender.gov.az) elektron şikayət mexanizmindən istifadə üçün saytın əsas səhifəsinin sağ tərəfindəki sütunda "Şikayətlər barədə məlumatlar"  bölməsindən yararlanmaq lazımdır.

Belə ki, sözügedən bölmə iki hissədən ibarətdir. Onlardan biri  "Şikayət vermə qaydaları" adlanır. Bu bölmədə satınalma prosedurlarında şikayət vermək üçün qanunvericiliyə uyğun olaraq həyata keçirilməli olan fəaliyyətlər barədə məlumat verilib. İkinci bölmə isə «Şikayət vermə forması»dır.

Burada adından da məlum olduğu kimi, satınalan təşkilat, şikayətedən şəxsin adı, soyadı və atasının adı, şikayət edən şəxsin telefon nömrəsi, şikayətedən şəxsin email ünvanı, şikayət etmənin vaxtı, şikayətin mətni adlı qrafaları doldurduqdan sonra "Göndər" düyməsini sıxmaqla şikayətinizi Satınalmalar üzrə Dövlət Agentliyinin elektron poçtuna göndərə bilərsiniz.




SEYMUR
 





20/04/12    Çap et