Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalılar “Facebook”a niyə nifrət edir?


"İstehlakçıların təminatı üzrə Amerika indeksi" (ACSI) adlı təşkilat Amerika Birləşmiş Ştatlarında ən nifrət olunan şirkətlərin siyahısını dərc edib. Reytinqdə cəmi 10 şirkət var, onlardan da biri “Facebook” sosial şəbəkəsidir.
Mark Sukerberqin imperiyası təminat şkalası üzrə 100 baldan 64 bal yığaraq siyahıda 10-cu yerdə yerləşib. İlk 9 şirkətə amerikalılar ona görə şikayət edirlər ki, onlar aşağı keyfiyyətli xidmət göstərirlər və heç bir xəbərdarlıq etmədən daim onun dəyərini yüksəldirlər.
Bütün bunlar “Facebook”a aid deyil, o, eyni adlı sosial şəbəkə interfeysində icazə olunmamış dəyişikliklər nəticəsində nifrət edilən şirkətlər reytinqinə düşüb.
Həmçinin amerikalılar “Facebook”a dövrü olaraq səhifələrin və ya onların kontentinin guya təsadüfən silinməsini və hesab sahiblərinin şəxsi həyatına çoxsaylı olaraq daxil olmaq cəhdlərini xatırladıblar.
Firmaların seçimi haqqında məlumatlar 2010-cu il ərzində yığılıb. ACSI mütəxəssisləri iddia edirlər ki, bu kimi hallar nəzərə alınsa, “Facebook”un təminat qiyməti daha aşağı olacaq. Dünyanın ən böyük sosial şəbəkəsinin işlərinin nə qədər pis olduğunu göstərmək üçün istehlakçıların təminatı üzrə Amerika indeksi “Vikipediya”nı nümunə olaraq göstərib.




07/07/11    Çap et