Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İşə qəbul olmaq üçün elektron formada müraciət etmək lazımdır


“Azərsu” ASC-yə işə qəbul ilə əlaqədar müraciətlər elektron qaydada həyata keçirilir.  ASC-də ixtisas və peşəsinə uyğun vakansiyalar üzrə müsabiqədə iştirak etmək istəyənlər “www.azersu.az” veb-səhifəsinin “İnsan Resursları”  bölməsinə daxil olub şəxsi məlumatlarını orada göstərilən elektron ünvana göndərməlidir.

“Azərsu”dan verilən məlumata görə, bu ilin birinci rübündə 4100-dən artıq namizədin elektron müraciəti qəbul olunaraq ilkin təhlil mərhələsindən keçirilib.  Müraciət edənlərin 620 nəfəri test mərhələsinə dəvət olunub və onların 57 nəfəri işə qəbul edilib.









 CAHANGİR





20/04/12    Çap et