Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” sponsorluq edəcək
“Twitter”in açıq mənbə kodları üzrə ixtisaslaşmış bölməsi “Apache Software Foundation”nun rəsmi sponsoru olub.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Twitter” sosial şəbəkəsi “Apache”-ın proqram layihələrinə maliyyə cəhətdən köməklik göstərəcək.
Məlumat üçün qeyd edim ki, “Apache Software Foundation” (ASF) populyar “Apache” veb-server hazırlamasını dəstəkləmək üçün 1999-cu ildə yaradılıb. “ASF” cəmiyyəti dünyanın müxtəlif ölkələrində yaşayan və müxtəlif “Open Source” layihələrində iştirak edən proqramçılardan ibarətdir.
EMİL
20/04/12 Çap et