Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” birjaya mayın 17-də çıxmağı planlaşdırır


“Facebook” 2012-ci il mayın 17-də “IPO” (səhmlərin ilkin yerləşdirilməsi) prosedurunu keçirməyi planlaşdırır. Hazırda bütün lazımi sənədləri yoxlamaqla məşğul olan ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə komissiyasının (SEC) qərarı gözlənilir.

Ticarət meydançası kimi “NASDAQ” (ABŞ) fond birjası seçilib. Analitiklərin fikrinə görə, hazırda “Facebook”un dəyəri 104 milyard dollar həcmində qiymətləndirilə bilər. Təqdim edilmiş sənədlərdən aydın olub ki, sosial şəbəkə 2011-ci ildə 1 milyard dollar qazanıb. Aktiv istifadəçilərin sayı isə 845 milyonu ötüb.








 
EMİL
 
 





21/04/12    Çap et