Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NATO yenidən virtual hücuma məruz qaldı


“Inj3ct0r Team” kimi tanınan haker qrupu NATO ittifaqına aid olan serveri qırdıqlarını bildiriblər. Haker qrupunun iştirakçıları “Media Fire fayl” hostinqində “NATO Tomcat 5.5 Servlet Backup” arxiv faylını yerləşdiriblər.
Hakerlər iddia edirlər ki, onlar NATO serverinə administrator girişi almağı bacarıblar.
Bundan başqa hakerlər “Wikileaks” layihəsinə NATO ilə bağlı bəzi qapalı məlumatları vermək niyyətində olduqlarını bildiriblər.
NATO-nun Brüsseldə rəsmi mətbuat xidməti hərbi ittifaqın server avadanlığının qırılması haqqında informasiyanı şərh etməyib.
“Inj3ct0r Team” nümayəndələri bildiriblər ki, “1337day.com/team” saytında NATO serverlərinə daxil olmaq üçün eksploit arxivindən istifadə etmək olar.




07/07/11    Çap et