İcbari avtomobil sığortasını onlayn qaydada pulsuz çatdırılma ilə əldə etmək olar
Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” sığorta şirkəti və populyar avtomobil internet portalı “
AUTO.AZ” avtomobil sığortası ilə əlaqədar “avtosigorta.az” adlı birgə layihə reallaşdırıb. Bundan sonra hər bir internet istifadəçisi “
auto.az” saytının “Sığorta” bölməsinə (
http://sigorta.auto.az/) daxil olmaqla icbari avtomobil və kasko sığortası polislərinin dəyərini hesablaya bilər.
Bu barədə “İCTnews.az” elektron xəbər xidmətinə “Atəşgah” SŞ-in mətbuat xidmətinin rəhbəri Səbinə Babayeva məlumat verib. Onun sözlərinə görə, bu layihənin üstünlüyü ondadır ki, istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmamaqla öz avtomobilini sığortalaya bilər. Sığorta kalkulyatoru vasitəsilə icbari və avto kasko polislərinin dəyərini hesablamaqla onlayn rejimdə onları sifariş edə bilər.
Sığorta polisi “Atəşgah” SŞ-nin sığorta məsləhətçisi tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq sifarişçinin istədiyi yer və zamanda çatdırılır.
SEYMUR