Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qazaxda "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu"


İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu" mövzusunda treninq keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri,  elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilmiş, “www.b2b.az” elektron ticarət portalının təqdimatı keçirilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.



CAHANGİR





23/04/12    Çap et