Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndələri Bakıdadır


Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi xanım Marqrit Steffelin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Azərbaycan Sənaye və Energetika Nazirliyində (SEN) işgüzar görüş keçirib.
Tədbirdə Azərbaycan və Almaniya tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-qaz, neft-kimya, maşınqayırma, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən qurumlar iştirak edib.
Görüşdə çıxış edən rəsmi şəxslər iqtisadiyyatda qazanılan nailiyyətlər, eləcə də iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumatlar veriblər.
Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi xanım Marqrit Steffel Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.




07/07/11    Çap et