Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təklif : “Microsoft” korporasiyası “Bing” axtarış sistemini satmalıdır”
“Microsoft” korporasiyası “Bing” axtarış sisteminə nəzarət edən bölməsini “Facebook” şirkətinə satmalıdır. “Nomura Equity Research” şirkətinin analitiki Rik Şerlund belə hesab edir. Onun fikrinə görə, bu saziş hər iki tərəf üçün əlverişlidir və şirkətlərə “Google” ilə mübarizə aparmaqda kömək edəcək.
"Əgər “Microsoft” şirkəti axtarış biznesində yalnız bu seqmentdə “Google”-un inhisarçılığına yol verməmək üçün qalırsa, o zaman proqram nəhəngi öz səylərini “Facebook” ilə birləşdirsə, daha yaxşı olar" – mütəxəssis "Bloomberg Surveillance" verilişinə verdiyi radio-müsahibədə bildirib.
Mütəxəssis qeyd edib ki, proqram nəhəngi axtarış sistemi bazarında apardığı mübarizədə faktiki olaraq uduzub. Onun fikrinə görə, “Microsoft” korporasiyası bu ziyanlı bölməni satmaqla lazımsız xərclərdən azad ola bilər.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssisin hesablamasına görə, “Microsoft” korporasiyası “Bing” axtarış sistemini təxminən 5 milyard ABŞ dollarına sata bilər.
EMİL
23/04/12 Çap et