Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərinin sayı 900 milyonu ötüb


"Facebook" istifadəçilərinin sayı 900 milyonu ötüb. "Facebook" şirkətinin ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə komissiyasına (SEC) təqdim etdiyi sənədlər bunu təsdiq edir.

"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin birinci rübündə sosial şəbəkənin auditoriyası 56 milyon və ya 6,6% artıb. Martın 31-nə olan məlumata görə, sosial şəbəkə istifadəçilərinin sayı 901 milyon təşkil edib.

Saytdan gündəlik olaraq 526 milyon istifadəçi istifadə edir. "Facebook"un mobil xidmətlərinin auditoriyası ay ərzində 488 milyon istifadəçi təşkil edib.
"Facebook"un məlumatına görə, istifadəçilər hər gün təxminən 3,2 milyard şərh əlavə edirlər.
 




EMİL





24/04/12    Çap et