Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xerox” korporasiyasının xalis mənfəəti 4% azalıb


Amerikanın surət və çap texnikası istehsalçısı olan “Xerox” korporasiyasının xalis mənfəəti 2012-ci ilin birinci rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 4 faiz azalaraq 269 milyon dollar təşkil edib.
“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Xerox” korporasiyasının 1 səhm üçün xalis mənfəəti əvvəlki kimi 0,20 dollar təşkil edib.

2011-ci ilin yanvar-mart ayları ilə müqayisədə mədaxil 1 faiz artaraq 5,5 milyard dollara bərabər olub.
Məlumat üçün bildirim ki, “Xerox Corp.” Korporasiyasının əsası 1906-cı ildə  Roçesterdə (ABŞ, Nyu-York ştatı) qoyulub.

Şirkət çap və sənədləri idarəetmə sahəsində texnologiyalar hazırlaması üzrə ixtisaslaşıb. 200 adda məhsul istehsal edən şirkət hazırda dünyanın 160-dan çox ölkəsində fəaliyyət göstərir. Şirkətin heyəti 135 mindən çoxdur.




 
EMİL





24/04/12    Çap et