Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan şəhərlərinin rəqəmli informasiya bazası və “3D” modeli hazırlanır
Bu ilin 1-ci rübündə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin rəqəmsal informasiya bazasının (GİS) və "3D" modelinin hazırlanması üzrə işlərin aparılması davam etdirilib.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin yaydığı məlumatda bildirilir. Bununla yanaşı, bağlanmış müvafiq müqavilələr əsasında Şəki, Gəncə, Sumqayıt, Xırdalan, Neftçala və Balakən şəhərlərinin baş planlarının rəqəmsal informasiya bazası və "3D" modeli hazırlanır.
CAHANGİR
24/04/12 Çap et