Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İran haker hücumuna görə 6 zavodunu internetdən ayırıb


İranın Neft Nazirliyi aprelin 23-də edilmiş haker hücumuna görə 6 neft emal edən zavodunu internetdən ayırıb. Bununla əlaqədar nazirlikdə böhran komitəsinin yaradılması haqqında müzakirələr aparılıb. Yeni komitənin vəzifəsi vəziyyəti araşdırmaq olacaq, çünki haker hücumları hələ ki azalmır.

İran “Fars” xəbər agentliyi bildirib ki, haker hücumu uğurlu olmayıb. Agentlik məlumatları Neft Nazirliyinin mətbuat katibi Alireza Nikzaddan alıb. "Bu kiberhücum nazirlik və Milli İran neft şirkətinin əsas məlumatlarına ziyan vurmayıb" - Nikzad bildirib.

Nazirlikdən bildirilib ki, hazırda 6 zavod qlobal şəbəkədən ayrılıb, lakin onların daxili “İT” resursları normal işləyir. Eyni zamanda nazirlikdən qeyd edilib ki, aprelin 23-də edilmiş haker hücumu son 2 il ərzində ən güclü hücum olub.



 
EMİL
 





24/04/12    Çap et