Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər gələcəyin vakuum nəqliyyatını yaradırlar


Təyyarə və qatarları gələcəkdə Vakuum Nəqliyyat Boruları (Evacuated Tube Transport-ETT) əvəz edəcək. Onlar böyük məsafələri daha təhlükəsiz və daha ucuz qiymətə qət etməyə imkan verəcək.

İstehsalçıların sözlərinə görə, yeni nəqliyyat növü ilə siz London şəhərindən  Nyu-Yorka cəmi 45 dəqiqə ərzində çata bilərsiniz. Vakuum Nəqliyyat Borusu - yeni, inqilabi nəqliyyat növüdür və artıq 10 ildən sonra reallığa çevrilə  bilər.

“İCTnews.az” elektron xəbər xidməti “popnano.ru” saytına istinadən bildirir ki, bu sistem hava yoxluğu sayəsində inanılmaz sürət toplaya bilər. O, sərnişinləri Nyu-York şəhərindən Çinə 2 saata çatdıracaq, 6 saat ərzində isə siz onunla dünyanı gəzə bilərsiniz.

Yeni nəqliyyat sistemi ənənəvi nəqliyyat vasitələri ilə müqayisədə daha az enerji sərf edir. O, qatar və təyyarələrlə müqayisədə daha təhlükəsiz, ucuz və sakit olacaq.
 
EMİL
 





24/04/12    Çap et