Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər “cavanlıq iksiri” kəşf ediblər?


Paris Universitetində çalışan fransız alimləri bildiriblər ki, ömrü uzadan və qocalma prosesini praktik olaraq 2 dəfə yavaşıdan “cavanlıq iksiri” hazırlaya biliblər. İksirin əsas komponentləri zeytun yağı və bakiboldur (karbonun 60 atomundan ibarət olan xüsusi molekul).

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, sınaq 3 nəzarət qrupuna bölünmüş laboratoriya siçanları üzərində aparılıb.

Birinci qrupda olan gəmiricilər adi məhsullarla, ikinci qrupda olanlar müntəzəm olaraq təmiz zeytun yağı ilə qidalanıblar, üçüncü qrupdakılar isə zeytun yağını bakibolla birgə qəbul ediblər. Alimlər qeyd ediblər ki, nəticələr onları heyrətləndirib: birinci qrupdakı siçanlar orta hesabla 22 ay, ikinci qrupdakılar 26 ay, üçüncü qrupdakı gəmiricilər isə 42 ay yaşayıblar.




 
EMİL
 





24/04/12    Çap et