Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada elektron kitab satışları 2 dəfə artıb


“IDC” analitik şirkətinin məlumatına əsasən, 2011-ci ildə “EMEA” bazarında elektron rider satışlarının həcmi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 4,8 milyon təşkil edib.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, “IDC” analitik şirkətindən verilən məlumata görə, “EMEA” riderlərinin bazar payı dünya miqyasında təxminən 17% təşkil edir. Analitiklərin proqnozlarına görə, 2016-cı ilədək “EMEA” regionunda  hər il təxminən 24 milyon rider satılacaq.

2011-ci ilin nəticəsinə görə, “EMEA” bazarında satış üzrə lider məhz “Amazon” internet şirkəti olub, əvvəlki lider “Sony” şirkəti isə ikinci yerə yuvarlanıb.





 
EMİL
 





24/04/12    Çap et