Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti rekord sayda smartfon satıb


"Apple" şirkəti 2012-ci ilin birinci rübündə rekord sayda "iPhone" smartfonu satıb."İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Apple" korporasiyasının aprelin 24-də elan edilmiş maliyyə hesabatına görə, şirkət yanvar-mart ayları ərzində 35 milyondan çox "iPhone" smartfonu satıb. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

2012-ci ilin yanvar-mart ayları ərzində təxminən 11,8 milyon "iPad"  planşeti satılıb. "iPad" planşet kompyuterinin satışları analitiklərin proqnozlarından aşağı olsa da, lakin 2011-ci ilin birinci rübü ilə müqayisədə onların satış həcmi 2.5 dəfə artıb. "Mac" kompyuterlərinin satışları 7 faiz artaraq 4 milyon təşkil edib.

2012-ci ilin ilk 3 ayı ərzində "Apple" şirkətinin mənfəəti 11,6 milyard dollar təşkil edib. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Şirkətin rüblük mədaxili 39,2 milyard dollar təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə "Apple"-ın mənfəəti 59 faiz artıb.


EMİL
 





25/04/12    Çap et