Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Koreya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupun iclasında İKT sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
Koreya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupun 4-cü iclası keçirilib. İclasda ölkələr arasında informasiya-kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı, tikinti, energetika və s. sahələrdə əməkdaşlığın inkişafı, iş adamları arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, İİN-in Aparat rəhbəri Samir Vəliyev ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə ətraflı məlumat verib, Azərbaycanda xarici ölkələrlə, o cümlədən Koreya ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini qeyd edib, mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Koreyanın Bilik İqtisadiyyatı Nazirliyinin Baş direktoru Taehee Voo da ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Koreya Sənaye Kompleksi Korporasiyasının bölmə rəhbəri Hyeyoung Cho "Xüsusi İqtisadi Zonalar və Sənaye Parkları üzrə əməkdaşlıq", Koreya Ticarət Sığorta Korporasiyasının Baş meneceri Subuem Park "İxrac Kredit Agentliyi vasitəsilə ixracın maliyyələşdirilməsi", "SK C&C" şirkətinin Baş meneceri Seongpil Yang "Dəmir yolu sisteminin inkişafı", Koreya Yeni və Bərpa Olunan Enerji Korporasiyasında bölmə rəhbəri Jungtae Pak "Bərpa olunan enerjinin inkişafı üzrə əməkdaşlıq" mövzularında təqdimatla çıxış ediblər.
HƏQİQƏT
25/04/12 Çap et