Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin sonunadək yüksəksürətli məlumat mübadiləsi təmin edən qurğu təqdim ediləcək
2012-ci ilin sonunadək bazarda "Thunderbolt" texnologiyasını dəstəkləyən təxminən 100-ə yaxın periferiya qurğusu təqdim ediləcək. Bu barədə "İntel" şirkətinin top-menecerlərindən biri məlumat verib.
"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, San-Fransisko şəhərində keçirilmiş tədbirdə çıxış etmiş korporasiyasının vitse-prezidenti Kirk Skauqen qeyd edib ki, "Thunderbolt" texnologiyasını dəstəkləyən qurğuların sayı onun "Windows" əməliyyat sistemi ilə işləyən fərdi kompyuterlərdə yayılması sayəsində artacaq.
"Hazırda bazarda "Thunderbolt" texnologiyasını dəstəkləyən 21 qurğu təqdim edilib. Biz əminik ki, cari ilin sonuna kimi onların sayı 100-ə qədər artacaq və 2013-cü ilin sonunadək isə bir neçə yüzə çatacaq" - o qeyd edib.
Məlumat üçün bildirim ki, 1 il əvvəl təqdim edilmiş "Thunderbolt" texnologiyası kompyuter və xarici qurğular arasında yüksəksürətli məlumat mübadiləsini təmin edir. "Apple" və "İntel" korporasiyalarının birgə hazırlaması olan yeni standart məlumatları saniyədə 10 qiqabit sürətlə ötürməyə imkan verir. Bu isə "USB 3.0" texnologiyası ilə müqayisədə 2 dəfə yuxarıdır.
EMİL
25/04/12 Çap et