Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa “İT” təhlükəsizlik sahəsinə pul ayıracaq


Avropa İttifaqı kibercinayətkarlıqla mübarizə aparmaq üçün öz fəaliyyətini  gücləndirməyə hazırlaşır. Buna görə də təhlükəsizlik sahəsində mövcud  informasiya texnologiyalarının (İT) inkişafı üçün federal büdcədən vəsait ayırmaq planlaşdırılır.

Bu barədə "Infosecurity Europe 2012"-də çıxışı zamanı Avropa Komissiyasının rəqəmli texnologiyalar üzrə vitse-prezidenti Nili Kroes bildirib. Məlumat üçün bildirim ki, "Infosecurity Europe 2012" – Avropada informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində texnologiya və həllərə həsr edilmiş ən irimiqyaslı sərgidir.

"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, Avropa komissarı qeyd edib ki, haker hücumlarına qarşı durmaq üçün istifadəçilər öz kompyuterlərini müdafiə etməyi bacarmalıdırlar. Onlar haker hücumlarının qarşısını ala bilən məhsullar haqqında məlumatlandırılmalıdırlar, o zaman həm də belə məhsullara tələbat yaranacaq.

Xanıç Kroes, həmçinin bildirib ki, kiberfırıldaqçılarla mübarizə aparmaq üçün dünya səviyyəsində birləşmək lazımdır.
 


EMİL





25/04/12    Çap et