Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” superkompyuter texnologiyalarının bir hissəsini alıb


Superkompyuter istehsalçısı olan "Cray" şirkəti ilə "İntel" korporasiyası arasında bağlanmış sazişin şərtlərinə əsasən, "Cray" şirkəti yüksəkməhsuldarlıqlı sistemlər istehsalı ilə bağlı öz əsas texnologiyalarının  bir hissəsini "İntel" korporasiyasına satacaq. Bundan əlavə, "Cray" şirkətinin  74 əməkdaşı "İntel" korporasiyasına keçəcək.

"İntel şirkəti ilə münasibətlərimizi genişləndirməklə biz çox məhsuldar hesablamalar bazarının gələcək inkişafında iştirak etmiş oluruq" – "Cray" şirkətinin baş direktoru və prezidenti Piter Unqaro bildirib. "Bu saziş bizim maliyyə balansımızı əhəmiyyətli dərəcədə yaxşılaşdırır və gələcəyə böyük optimizmlə baxmağa imkan verir".




 
EMİL
 
 





25/04/12    Çap et