Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İşlənmiş sərt diskdə əvvəlki sahibinin şəxsi məlumatları saxlanılır


Britaniyanın İnformasiya Təhlükəsizliyi  İdarəsi tərəfindən aparılmış tədqiqatın məlumatlarına əsasən, təkrar bazardan alınmış təxminən hər onuncu sərt diskdə əvvəlki sahibinin şəxsi məlumatları yerləşib. Tədqiqat üçün müxtəlif mənbələrdən sərt disklər toplanılıb.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən  bildirir ki, tədqiqat üçün düz 200 sərt disk toplanıb. Nəticədə məlum olub ki,  həmin sərt disklərin 11%-də şəxsi məlumatlar yerləşib.

Yuxarıda adı çəkilmiş idarə bundan əvvəl analoji tədqiqatı mobil telefonlar üzərində aparmışdı. Həmin tədqiqat nəticəsində məlum olub ki, hazırda 21% istifadəçi öz köhnə planşet və ya smartfonlarını tullamır, onları satmağa qərar verirlər. Bu halda onlar məlumatların tam silinməsinə diqqətli yanaşmadıqda güclü risk edirlər.



 
EMİL




25/04/12    Çap et