Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ciddi boşluqlar haqqında məlumat verənlər mükafatlandırılacaq


"Google"-dan verilən məlumata görə, şirkət onun proqram və  xidmətlərində ciddi boşluqlar aşkar etmiş mütəxəssislərə təqdim edəcəyi mükafatın həcmini 20000 dollara qədər artırıb. Həmçinin, şirkətin nümayəndələri bildiriblər ki, "Google" xidmətlərində ola biləcək "SQL" yoluxmalar haqqında məlumat bildirən şəxslər 10000 dollar həcmində mükafatlandırılacaqlar.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən  bildirir ki, "Google" şirkəti 2010-cu ildən mükafatlandırma proqramını tətbiq edib və indiyə kimi təqribən 200 mütəxəssisə təxminən 460000 min dollar pul ödəyib.
 





EMİL
 





25/04/12    Çap et