Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iCloud” un istifadəçilərinin sayı 125 milyon olub


"Apple" şirkətinin rəhbərliyi bildirib ki, məlumatların saxlanılması və müxtəlif qurğular arasında sinxronizasiyası üçün nəzərdə tutulmuş "iCloud" xidmətindən artıq 125 milyon insan istifadə edir. Məlumat üçün bildirim ki, cari ilin əvvəlində bu xidmətdən istifadə edənlərin sayı 85 milyona bərabər idi. Beləliklə, 4 aydan az bir müddətdə xidmətin auditoriyası 40 milyon artıb.

"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "iCloud" xidməti 2011-ci ilin oktyabrında istifadəyə verilib. "Apple" rəhbərliyinin fikrincə, "iCloud" xidməti yaxın gələcəkdə öz sələfi – "MobileMe" xidmətini tamamilə əvəz edəcək.






 
EMİL




25/04/12    Çap et