Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet-mağazaların yaradılması müəllifləri respublikadan kənarda tanıdacaq
Azərbaycanda elektron kitabların internet mağazasının yaradılmasında məqsəd azərbaycanlı müəlliflərin təbliğatıdır. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında yazıçı, "PEN-Klub"un vitse-prezidenti Natiq Rəsulzadə söyləyib.
O bildirib ki, bu gün ölkədə ən çox min nüsxədə kitab çap edilir. Bu isə müəlliflərin xaricdə yayılması problemini həll etmək üçün azdır: «Bizim layihə bu problemin həllinə yönəlib".
Layihənin rəhbəri Vaqif Nəsirovun fikrincə, internet-mağazanın saytında nümayiş etdirilən kitablar multimedialı olacaq, bu isə uşaq nəşrlərində, xüsusilə nağıllarda daha mənalı görünəcək.
Bu, həmçinin bu istiqamətə marağın artımına imkan yaradır: "Biz, o cümlədən, oxucuların diqqətinə kor və zəif görən şəxslər üçün audiokitablar təqdim etmək istəyirik. Audiokitabların səsləndirilməsi aktyorlar, kurs işi kimi İncəsənət İnstitutunun tələbələri tərəfindən həyata keçirilib".
O, həmçinin bəyan edib ki, saytda nümayiş edilən hər kitabın özünə görə reytinqi olacaq. Burada bu və ya digər yazıçıya nə dərəcədə tələb olduğunu izləmək mümkün olacaq.
Tədbirdə qeyd edilib ki, elektron kitabın hər birinin qiyməti təxminən 1-1,5 dollar təşkil edəcək. Eləcə də internet-mağazada rus, Azərbaycan, ingilis dillərində kitab tapmaq mümkün olacaq.
SEYMUR
25/04/12 Çap et