Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ericsson” şirkətinin xalis mənfəəti 2012-ci ilin birinci rübündə artıb
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan “Ericsson” şirkətinin xalis mənfəəti 2 dəfədən çox artıb. Buna səbəb şirkətin “Sony Ericsson” birgə müəssisəsindəki payını “Sony” şirkətinə satması olub. Bununla bərabər, şirkət marja göstəricisinin artması haqqında məlumat verib. Nəticədə şirkətin səhmlərinin qiyməti 5 aylıq maksimum təşkil edib.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hesabat dövründə şirkətin xalis mənfəəti 8,95 milyard İsveç kronası və ya 1,3 milyard dollar təşkil edib. Şirkətin marjasının ümumi göstəricisi 30,2%-dən 33,3%-ə qədər artıb.
İsveç istehsalçısının məlumatlarına əsasən, birinci rübdə mədaxil 51 milyard kron təşkil edib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 4% aşağıdır. Rüblük göstəricilərin dərc edilməsindən sonra “Ericsson”un səhmlərinin qiyməti 4,5% artaraq 66,5 krona bərabər olub.
EMİL
26/04/12 Çap et