Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerika hərbçisi “Facebook”da dərc etdiyi fikirlərinə görə işdən çıxarılıb
Amerikanın 26 yaşlı dəniz piyadaçısı Herri Ştayn "Facebook"da öz səhifəsində komandanlığın və şəxsən Barak Obamanın ünvanına dərc etdiyi bir sıra fikirlərinə görə ABŞ-ın Silahlı Qüvvələrindən çıxarılıb.
"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, Herri Ştayn barəsində xidməti araşdırma hələ martda başlanıb.
O, həmin vaxtda Amerika prezidentinin karikaturasını "Facebook"dakı səhifəsində yerləşdirmişdi və qeyd etmişdi ki, onun əmrlərini yerinə yetirmək istəmir. Vəkillər məhkəmədə konstitusiyaya istinad etməyə çalışırdılar, lakin işə baxmış hakim bildirib ki, "söz azadlığı hərbi formada olan insanlara aid deyil".
EMİL
26/04/12 Çap et