Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşet bazarının həcmi 760 milyon qurğuya çatacaq
Planşet kompyuterləri bazarda çox sürətlə yayılırlar. 2016-cı ildə planşet kompyuterlərinin satışı 2011-ci illə (56 milyon) müqayisədə 6-7 dəfə artaraq 375 milyon təşkil edəcək. 4 ildən sonra bazarda əlçatan planşetlərin ümumi sayı 760 milyon qurğuya çatacaq.
“Forrester Research” analitik şirkəti tərəfindən təşkil edilmiş "Tablets Will Rule The Future Personal Computing Landscape" adlı tədqiqat hesabatında belə proqnoz verilib.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin hesablamalarına görə, “Apple” korporasiyası bu seqmentdə 62 faiz göstərici ilə lider mövqeyini qoruyub saxlayacaq. “Forrester” şirkətinin nümayəndələri hesab edir ki, 2016-cı ildə də “Apple” şirkəti liderlik edəcək; o zaman onun payı 56 faiz təşkil edəcək.
2011-ci ilin nəticəsinə görə, “Apple” brendi altında istehsal edilmiş planşetlərin həcmi 40,5 milyon təşkil edib və 2010-cu illə müqayisədə artım 169 faizə bərabər olub.
EMİL
26/04/12 Çap et