Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tünd şokolad ürək xəstəliklərinin inkişaf riskini aşağı salır
Tünd şokolad qanda qlükoza və "pis" xolesterinin səviyyəsinin aşağı düşməsi sayəsində ürək xəstəliklərinin yaranması riskini azalda bilər. Bu barədə San-Dieqo (ABŞ) Universitetinin tədqiqat məlumatlarına istinadən “HealthDay” portalı yazıb.
“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, tünd şokoladda olan flavanol maddəsi antioksidləşdirici və sətəlcəmə qarşı kimi xüsusiyyətlərə malikdir.
Tədqiqatda iştirak edən 31 insanın hər biri hər gün tərkibində 70 faiz kakao olan 50 qram tünd şokolad və ya 0 faiz kakao olan 50 qram ağ şokolad yeyiblər. Alimlər tədqiqatdan əvvəl göstəriciləri, xüsusilə qan təzyiqini, piylənmə səviyyəsini və qanda olan qlükozanın səviyyəsini qeyd ediblər. Bu göstəricilər 15 gündən sonra yenidən yoxlanılıb.
Testlərin nəticəsinə əsasən, tünd şokolad yeyən şəxslərin qanında qlükozanın səviyyəsi aşağı və ağ şokolad yeyənlərlə müqayisədə “yaxşı” xolesterolun səviyyəsi yuxarı olub.
Ürək xəstəlikləri ilə mübarizədə tünd şokoladın faydasını təsdiq edən bu məlumatlara baxmayaraq, tədqiqatçılar qeyd ediblər ki, tünd şokoladdan çox istifadə etmək olmaz, çünki o, yüksək kalorilidir.
EMİL
26/04/12 Çap et