Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkə “Google”a 500 milyard dollara başa gəlib


“Creative Good” şirkətinin həmtəsisçisi Fil Terri “Google+” layihəsinin təxminən 585 milyon dollara başa gəldiyini hesablayıb.
“Google+” üzərində təxminən 500 insandan ibarət komanda işləyir, onlardan hər birinin orta maaşı isə 250 min dollardır. Beləliklə, “Google” işçi qüvvəsinə 125 milyon dollara yaxın xərcləyib. Bundan başqa, sosial şəbəkədə 3 startap texnologiyaları istifadə olunur. Bu, 123 milyon dollara əldə edilmiş “On2”, 158 milyon dollara alınmış “Widevine” və 179 milyon dollar xərclənmiş “Slide”dır.
Bu hesablamaları aparan Fil Terri belə nəticəyə gəlib ki, “Google+”a 585 milyon dollar xərclənib. Təxminən o qədər məbləğ də “News Corp” 2005-ci ildə “MySpace” üçün ödəyib, keçən həftə isə onu 35 milyon dollara satıb.
Buna əsaslanaraq, Fil müəyyən edib ki, başlanğıc mərhələdə sosial şəbəkənin inkişafının yüksək sürəti gələcəkdə onun durğunluğuna gətirib çıxardır.




07/07/11    Çap et