Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Maye günəş batareyaları istehsal edilib
Cənubi Kaliforniya Universitetinin (USC) alimləri müxtəlif səthlərə, o cümlədən şüşə üzərinə çəkilməsi mümkün olan maye günəş batareyalar hazırlayıblar.
“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, maddə nanokristallardan ibarətdir və onların istehsalı üçün kadmium seleniddən istifadə olunur. Maye günəş batareyalar yayılan zaman nisbətən aşağı temperaturlu texnoloji proses tətbiq edilir ki, bu da ərimədən ehtiyat etmədən onları çoxlu material üzərinə yaymağa imkan verir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, yeni texnologiya hələ ki həyatda tətbiq edilə bilməz, çünki adı çəkilən kimyəvi birləşmə yüksək zəhərləmə qabiliyyətinə malikdir.
“Texnologiyanın kommersiya tətbiqinədək illər ötəcək, lakin biz onun yeni nəsil günəş batareyalarında istifadəsi üçün gələcək addımlarımızı çox gözəl təsəvvür edirik”,- deyə alimlər komandasının nümayəndəsi qeyd edib.
27/04/12 Çap et