Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan poçtu kredit ödənişinin qəbulu üzrə agent qismində çıxış edəcək


Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC kreditlərin ödənilməsinin qəbulu məqsədilə xidmətlərin təşkili üzrə Azərbaycan bankları ilə danışıqlar aparır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt şöbəsinin müdiri, Regional Rabitə Birliyinin poçt rabitəsi üzrə komissiyasının rəhbəri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə danışıqlar mərhələsindədir. Əsasən, bu xidmətin poçt rabitəsinin şəbəkəsində işə salınması üçün rentabellik məsələsi nəzərdən keçirilir.

"Azərpoçt" öz şəbəkəsində bu xidmətin işə salınmasına hazırdır. Poçt operatoru tərəfindən göstərilən bu xidmətə görə hələlik komissiya haqları müəyyənləşdirilməyib. Əgər faiz dərəcəsi iki faizdən az olacaqsa, xidmət rentabelli olmayacaq. Məsələn, bu göstərici Qazaxıstan və Türkiyədə 3-5 faiz təşkil edir", - Məmmədov qeyd edib.
 





27/04/12    Çap et