Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə yarımkeçirici bazarının həcmi 324,6 milyard dollar təşkil edəcək


Planşet və mobil telefonlar kimi simsiz qurğulara olan sabit tələbatla əlaqədar “IHS iSuppli” analitik şirkəti cari ildə yarımkeçirici bazarı üzrə proqnozunu artırıb. Hazırda çip seqmentində əvvəlki kimi 3.3 faiz deyil, 4,3 faiz səviyyəsində artım gözlənilir.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin hesablamalarına görə, 2012-ci ildə yarımkeçirici bazarının həcmi 324,6 milyard dollar təşkil edəcək.
Analitik şirkətin proqnozuna görə, 2016-cı ilədək yarımkeçirici bazarının həcmi 412.8 milyard ABŞ dollarına qədər arta bilər.




 
 
EMİL





27/04/12    Çap et