Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türk saytları yenidən hədəfdə


“Anonymous” haker qrupu bildirib ki, onun hərəkatı “AntiSec” Türkiyədə bu il avqust ayına planlaşdırılan internet-filtrasiyanın yeni qaydalarına qarşı etiraz edərək bir neçə türk saytını sındırıb. Qrupun bəyanatında bildirilib ki, onlar tərəfindən Türkiyədə təxminən 100 sayta giriş əldə edilib, onlardan 74-dən artıq “Anonymous” loqotipləri, həmçinin dövlətin internetdəki nəzarət rolunun artmasına qarşı tənqidi mətnlər yerləşdirilib.
Qeyd edək ki, sındırılmış saytların siyahısında əsas türk nazirliklərinin resursu yoxdur, ancaq internet-filtrasiya layihəsi ilə əlaqəsi olmayan uşaq xəstəxanalarının və başqa müəssisələrin saytları var.
Saytların qırılması “AntiSec” qrupu tərəfindən daha əvvəl planlaşdırılmış “Turkish Takedown Thursday” əməliyyatı çərçivəsində keçirilib. İlk dəfə “AntiSec” qrupu haqqında iyun ayının sonunda, “Lulz Security” qrupunun dağılmasından bir qədər əvvəl məlum olub.
Türkiyədə internet-filtrasiyaya görə hakimiyyətin planları barəsində birinci küçə etirazları hələ may ayında, hakimiyyət 4 filtrasiya proqramı təqdim etdikdə olub. 22 avqustdan istifadəçilər təklif edilmiş sistemlər - uşaq, ailə, daxili və ya standart əsasında filtrasiya proqramını seçəcəklər.




07/07/11    Çap et