Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Western Digital” şirkəti üçüncü rübün nəticələrini elan edib
Dünyanın ən böyük sərt disk istehsalçılarından biri “Western Digital” şirkəti 2012-ci il martın 30-da bitmiş üçüncü maliyyə rübünün nəticələrini elan edib.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, şirkətin xalis mənfəəti 483 milyon dollar və ya 1 səhm üçün 1,96 dollar təşkil edib. Hesabat dövründə şirkətin mədaxili 3,04 milyard dollar təşkil edib.
Məlumat üçün bildirim ki, “Western Digital” şirkəti 2012-ci ilin yanvar-mart ayları ərzində 44.2 milyon sərt disk istehsal edib. Müqayisə üçün: digər sərt disk istehsalçısı 61 milyon daşıyıcı satıb.
EMİL
27/04/12 Çap et