Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Olimpiya çempionları “Facebook”u məhkəməyə veriblər


18 olimpiya çempionu “Facebook” və Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının baş sponsorlarından biri olan “Samsung” şirkətindən məhkəməyə şikayət ediblər. Buna səbəb “Facebook” sosial şəbəkəsində Olimpiya Oyunları ilə bağlı əlavənin yaradılmasıdır.

İstifadəçilər əlavə vasitəsilə testdən keçə və onlarda "olimpiya ruhu"nun hansı səviyyədə  olduğunu öyrənə bilərlər. Əlavənin tərtibatında isə idmançıların fotoları və adları istifadə olunub. İdmançılar bildiriblər ki, onlar buna icazə verməyiblər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkətinin nümayəndələri qeyd ediblər ki, əlavə Amerikanın Olimpiya Komitəsinin razılığı ilə yaradılıb.
 



EMİL





28/04/12    Çap et