Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildə smartfon tədarükləri 17 faiz artacaq
2012-ci ildə mobil telefon bazarında artım tempi yenidən yüksələcək. “Forward Concepts” tədqiqat şirkətinin aparıcı analitiki Uill Ştraus belə nəticəyə gəlib.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspert mobil seqmentin inkişaf dinamikasını izləyib və aşağıdakıları müəyyən edib: 2011-ci ildə mobil telefon tədarüklərinin sayı 1,51 milyard təşkil edib. Bu göstərici 2010-cu ilin göstəricisini 6.5 faiz üstələyir.
Ştrausun fikrincə, 2012-ci ildə mobil telefon tədarükləri 11% artaraq 1,68 milyarda bərabər olacaq.Analitikin proqnozuna görə, cari ildə smartfon tədarükləri 17% artacaq və 502 milyon təşkil edəcək.
EMİL
28/04/12 Çap et