Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” əsasında 32 düyməli sensor panel yaradılıb


Yapon şirkəti “SKR Technology” “Android” ilə işləyən 32 düyməli sensor panelli kompyuter sisteminin nümunəsini nümayiş etdirib.
SKR əvvəlcə qurğu üçün “Windows 7” platformasından istifadə etmək planlaşdırıldığını qeyd edib, ancaq sonra məlum olub ki, o, sifarişçilərin ehtiyaclarını tam olaraq təmin etmir. Buna görə “Android” əməliyyat sistemindən istifadə edilib və onun üçün xüsusi drayverlər yazılıb.
Panel həm də “Full HD” formatına qədər yüksək dəqiqlikli video əks etdirə bilir. "Multitaç" texnologiyasının dəstəkləndiyi bildirilib. Məhsulun ticarət versiyalarının istehsalı sentyabra planlaşdırılır.




07/07/11    Çap et