Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya və ABŞ kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcəklər


Rusiya və ABŞ hökuməti yaxın bir neçə həftə ərzində mühüm saziş  imzalamağı planlaşdırırlar. Sazişə görə, hər iki ölkə fəal şəkildə əməkdaşlıq edəcək və dünyada kibertəhlükəsizliyin təmin olunması istiqamətində işlər həyata keçirəcəklər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki,  saziş iki ölkə arasında xüsusi şifrələnmiş rabitə xəttinin yaradılmasını nəzərdə tutur.

Moskva və Vaşinqton bu xətt vasitəsilə fövqəladə hallarda (ölkələrdən birinə kiberhücum edildikdə) mühüm məlumatlarla mübadilə  edə biləcəklər. Bu halda Rusiya və ABŞ arasında şəbəkədə hücum etməmək prinsipi qüvvədə olacaq.
 


 
EMİL
 




30/04/12    Çap et