Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” smartfonu üçün təkrar kağızdan çexol hazırlanıb
“Apple” şirkəti innovasiya texnologiyaları əsasında hazırlanmış keyfiyyətli texnika istehsalçısı kimi tanınır. Belə qurğulardan biri də “iPhone” smartfonudur.
“iPhone” smartfonunun yeni modeli bazara çıxarıldıqdan sonra onun üçün xeyli sayda çexol təklif olunub. Çexollar smartfonun korpusunu sıyrıntılardan və ya digər mexaniki zədələrdən qorumaq üçün nəzərdə tutulub.
“İCTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki, dizayner Seter Vunun (Seter Wu) “iPhone” üçün hazırladığı çexol birincisi, korpusu qorumaq üçün nəzərdə tutulub, ikincisi isə ekoloji materiallardan hazırlanıb. Qeyd edim ki, “iRecycle” adlı çexol təkrar kağızdan hazırlanıb.
EMİL
30/04/12 Çap et