Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Texniki ali məktəblərdə dil fənlərinin tədrisində informasiya texnologiyalarının tətbiqi” mövzusunda konfrans keçirilib


Azərbaycan Texniki Universitetində "Texniki ali məktəblərdə dil fənlərinin tədrisində informasiya texnologiyalarının tətbiqi" mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, konfransı  Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov açaraq texniki ali məktəblərdə dil fənlərinin tədrisində informasiya  texnologiyalarının  tətbiqinə dair  geniş çıxış edib.

 Rektorun çıxışından sonra BDU-nun  "Dilçilik" kafedrasının professoru, f.e.d. S.Məhərrəmova "Müasir dövrdə dillərin tədrisində mövcud olan bəzi aspektlər",  AzTU-nun "İnformasiya və kommunikasiya texnologiyaları" kafedrasının müdiri, dos. A.Süleymanov   "İnformasiya və kommunikasiya texnologiyalarının dillərlə  bağlı intellektləşdirmə  problemləri", «Rus dili və pedaqogika" kafedrasının müdiri, dos. A.Zeynalova "Совершенствование методов овучения  РКИ в мехaнических вузах с применением ИКТ»  mövzuları ilə çıxış ediblər.


CAHANGİR




30/04/12    Çap et