Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət orqanlarının əməkdaşlarına 1030 ədəd “elektron imza” verilib
Cari ilin birinci rübü ərzində dövlət orqanlarının, həmçinin “elektron imza”dan istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza sertifikatları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilib.
Belə ki, 01.04.2012-ci il tarixinə 1030 ədəd “elektron imza” dövlət orqanlarının əməkdaşlarına verilib. Onlardan 470 ədəd RİTN-in struktur bölmələrinin əməkdaşlarına, 560 ədəd mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilib.
30/04/12 Çap et