Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Abunəçilər “Android” platformalı telefonlarda “Nar Mobile” xidmətlərindən yararlana biləcəklər


Hər zaman yeniliklərə imza atan “Nar Mobile”, bu dəfə abunəçilərini yeni mobil tətbiq ilə sevindirir. Artıq  “Android” platformalı telefonlara sahib olan abunəçilər yazılmış tətbiq ilə “Nar Mobile” xidmətlərindən istifadə edə və balanslarını sorğulaya bilərlər.

Həmçinin cari və yeni tariflər, operatorun göstərdiyi bütün xidmətlər haqqında məlumatlar ala bilərlər. Tətbiq “Azerfon” telekommunikasiya şirkətinin İnformasiya texnologiyaları bölümünün əməkdaşı Rəcəb Davudov tərəfindən hazırlanıb.

“Tələbata uyğun olaraq və müştərilərimizə daha da yaxşı xidmət göstərmək üçün yeni texnologiyaların tətbiqi hər zaman gündəliyimizdədir. Kadrlarımızın iş və professional  inkişaf  şəraitlərini daha da yaxşılaşdıraraq bu cür nailiyyətlərin sayını  artıra biləcəyimizdən əminəm”- bunu isə şirkətin İT üzrə baş direktoru Xəyyam Həsənli əlavə edib.
Qeyd edək ki, proqram sadəcə “USSD” komandaları ilə işləyir. Tətbiqi aşağıdakı linkdən yükləyə bilərsiniz.    
“Nar Mobile” brendi ilə  tanınan “Azerfon” telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini “3G” texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Link: https://play.google.com/store/apps/details?id=jubatus.android.nar
 
 
 





30/04/12    Çap et