Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Skype” insana xas hiss və emosiyaları daha orijinal smayliklərlə əvəz edib
Proqramçılar “It’s Time for Skype” marketinq kompaniyası çərçivəsində “Facebook” şəbəkəsi üçün “Humoticon” adlı yeni proqram əlavəsi təqdim ediblər.
“Skype”-ın rəsmi bloqunda bildirilib ki, sosial şəbəkənin istifadəçiləri “Facebook” fotoalbomlarına yüklənmiş şəkillərdən veb-kameranın köməyi ilə klassik statik və animasiyalı smayliklər yaradıb, daha sonra şəkilləri “Facebook” divarında paylaşa və ya “Humotican Qalereyası”na əlavə edə bilərlər. Məlumat üçün bildirək ki, proqram “Adobe Flash” texnologiyası vasitəsi ilə işləyir.
“Skype” nümayəndələri qeyd ediblər ki, internet vasitəsi ilə ünsiyyətdə “insanlıq” elementi çatışmır. Bu səbəbdən istifadəçilər öz emosiyalarını düzgün ifadə etmək üçün smayliklərdən istifadə edirlər və bunun üçün də “Skype Humoticon” əlavəsinin hədəfi - internetdə ünsiyyəti "daha insani" etməkdir.
GÜLNAR
30/04/12 Çap et