Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ULTRA” “ Sharp” şirkətinin rəsmi distribüteri oldu
Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan “ULTRA” “Sharp” şirkətinin rəsmi distribüteri statusunu alıb. Qeyd edək ki, yapon korporasiyası olan “Sharp” dünyada LCD-texnologiya, surətçıxarma, kompyuter və məişət texnikası tərtibatçısı və istehsalçısı kimi tanınır. Şirkətlərin Azərbaycanda birgə fəaliyyət üzrə əsas istiqaməti məlumat displeyləri və rəqəmsal sənəd-sistemləri olacaq.
Məlumat displeylərinin reklam-informasiya biznesində və təhsildə istifadə olunması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, unikal ölçülü diaqonalı 152 sm və monitorlar arasında minimal eni 6,5 mm olan xətlər sayəsində “Sharp” videodivar yaradarkən yeni standartı təqdim edir. İşıqdiodlu alt işıqlandırmanın tətbiq edilməsi işığın bərabər paylanmasını təmin edir ki, bu da ekrana qeyri-adi real təsvir verməsinə imkan yaradır.
Bütün peşəkar “Sharp” monitorları 24/7 rejimdə fasiləsiz işləmək imkanını verir.
Habelə “Sharp” şirkəti səthi çox toxunuşlu sensorlu məlumat displeylərini işləyib hazırlayıb. İndi təsviri barmaq jestləri və ya xüsusi pero vasitəsilə redaktə etmək imkanı meydana çıxdı. Bu növ displeylər interaktiv lövhələri və proyektorları əvəz edə bilər.
“Sharp” rəqəmsal sənəd-sistemi sahəsində də bir çox yeni cihazları təklif edir. Onların arasında çoxfunksiyalı cihazlara daha çox tələbat var. “Sharp” korporasiyasının «üçü birində» (printer, skaner, surətçıxarma) cihazı tam mükəmməl səviyyədə hazırlanıb.
Daxili displey vasitəsilə çoxfunksiyalı cihazın yerinə yetirdiyi tapşırıqlar siyahısına baxmaq, sənədi vərəqləmək, skanlama və çap etmə parametrlərini quraşdırmaq olar. Həmçinin bəzi modellərə opsional olaraq internet brauzeri quraşdırmaq olar ki, bu da cihazın displeyindən sənədlərin göndərilməsi və çap olunması imkanını verəcək.
Qeyd edək ki, “Sharp”ın təqdim etdiyi məhsul xətləri üzrə servis xidmətləri “ULTRA” şirkətinin korporasiyada müvafiq təlimlər keçmiş olan mühəndisləri tərəfindən aparılacaq.
30/04/12 Çap et