Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxtda “Samsung Galaxy Note Studio”-nun qeyri-adi təqdimatı


"Samsung" şirkəti, 21-22, 28-29 aprel tarixləri arasında, saat 13:00-dan, 22:00-a kimi, paytaxtın mərkəzində yerləşən Əyləncə və istirahət mərkəzi "Park Bulvar"ın I mərtəbəsində tədbir keçirib.

Dünyanın bir çox ölkələrində keçirilən tədbirin məqsədi "Samsung"un "Galaxy Note" modelini Azərbaycandakı istifadəçilərə, yerli vətəndaşlara tanıtmaq və model haqqında məlumat verməkdir.

Tədbirin unikallığı ondan ibarət olub ki, peşəkar rəssamlar "Galaxy Note" smartfonunun köməyi ilə bütün iştirakçıların portretlərini çəkiblər və sonra arzu edənlər həmin şəkli "T-Shirt"in üzərinə həkk etdirərək, hədiyyə əldə ediblər. Həmçinin həmin şəkillər, yerindəcə, iştirakçıların elektron poçtuna göndərilib.








GÜLNAR




30/04/12    Çap et