Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
6 yaşlı hindu dünyanın ən gənc proqramçısı olmaq niyyətindədir
6 yaşlı Vasik Farhan-Rupkotun anası hesab edir ki, onun oğlu dünyanın ən gənc proqramçısı kimi "Ginnesin rekordlar kitabı"na düşməyə layiqdir.
"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, anasının sözlərinə görə, oğlu 3 yaşında olduqda oyunları sərbəst şəkildə yükləməyə və onları kompyuterə quraşdırmağa başlayıb. Vasikin 4 yaşı olduqda isə o, öz emulyatorlarını yazmağa başlayıb.
"Mən onun qeyri-adi uşaq olduğunu doğum anından bilirdim" – 6 yaşlı hindunun anası Sintiya bildirib. Vasik də öz növbəsində "Microsoft" korporasiyası və "Ginnesin rekordlar kitabı"nın onun bacarıqlarını layiqincə qiymətləndirəcəyinə ümid edir.
EMİL
30/04/12 Çap et