Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Astronomlar 3,2 qiqapikselli fotokamera hazırlayırlar


LSST" rəqəmli fotokamerası
 
ABŞ-ın Energetika Nazirliyi dünyanın ən böyük rəqəmli fotokamerasının tikintisinə razılıq verib.
"LSST" teleskopu üçün quraşdırılacaq rəqəmli kamera 3.2 milyard pikselə malik olacaq və astronomlar gecə səmasının aydın və geniş mənzərəsini görünməmiş tərzdə seyr edə biləcəklər. Belə fotokamera hələ ki heç vaxt yaradılmayıb, ona görə də alimlər onun tikintisinin bitməsini səbirsizliklə gözləyirlər.

"İCTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Ən "itigözlü" teleskopun tikintisi 2014-cü ildə başlanacaq. Məlumat üçün qeyd edim ki, onun hazırlanması üzrə ilkin işlər hələ 2008-ci ildə başlanıb.

Böyük Sinoptik Müşahidə Teleskopu (LSST) hər həftə səmanın bütün görünən hissəsini müşahidə edərək il ərzində təxminən 6 milyon qiqabayt tutumlu verilənlər bazası yaradacaq. Bu isə gün ərzində adi 8 meqapikselli kamera vasitəsilə çəkilmiş 800 min foto deməkdir. Əlbəttə ki, "LSST" unikal rəqəmli kamerası daha keyfiyyətli fotolar çəkə biləcək və nəticədə bir çox qaranlıq suallara cavab tapmaq mümkün olacaq.
 
"LSST" teleskopu hər həftə bütün səmanın fotosunu çəkəcək
 
"LSST" vasitəsilə əldə edilmiş məlumatlar açıq girişdə dərc ediləcək və  nəticədə planetin istənilən hissəsində yaşayan astronomlar onları maraqlandıran obyektləri öyrənmək imkanına malik olacaqlar.
 
EMİL
 





30/04/12    Çap et